Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın Monakodakı inzibati binasında baş tutub.
Turnirdə Türkiyəni təmsil edən “Qalatasaray”ın rəqibləri də müəyyənləşib. İstanbul təmsilçisi püşkatmaya 4-cü səbətdən qatılıb.
“Qalatasaray”ın qrupdakı rəqibləri bunlardır:
I səbətdən: “Mançester Siti” (ev), “Liverpul” (səfər)
II səbətdən: “Atletiko” (ev), “Ayntraxt” (səfər)
III səbətdən: “Bodo Qlimt” (ev), “Ayaks” (səfər)
IV səbətdən: “Yunion” (ev), “Monako” (səfər)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk tur oyunları sentyabrın 16-18-də keçiriləcək. Pley-off mərhələsi fevralın 17-18-də, final isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq.
- Çempionlar Liqası: Turində 8 qol, “Real”dan qələbə - YENİLƏNİB
- “Sabah”ın futbolçusu zədələndi - XƏSTƏXANAYA APARILDI
- AL: “Beşiktaş”ın rəqibi Arda Turanın komandası ola bilər - YENİLƏNİB
- Qanalı futbolçu üçün 100 milyon avro – Ronaldo ilə komanda yoldaşı ola bilər
- “Omoniya”nın baş məşqçisi: “Bu gün bizim qələbəmiz asan olmadı"