“Qarabağ” - “Kopenhagen” matçında söz sahibi o olacaq
29.09.2025 - 13:44
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Kopenhagen” görüşünün hakimkəri bəlli olub.
Apasport.az xəbər verir ki, matçı niderlandlı FİFA Referisi Serdar Gözübüyük idarə edəcək.
Ervin Zeynstra və Patrik İnya köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Yannik Van Der Laan isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
- AL: "Fənərbaxça" “Ferentsvaroş”la bacarmadı, “Lion”dan darmadağın - YENİLƏNİB
- Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
- “Fənər” “Yuventus”un forvardını istəyir
- Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
- Argentinalı futbolçu Premyer Liqada klubunu dəyişib
0
0