“Qarabağ” UEFA Çempionlar Liqasının sonuncu – VIII turunda səfərdə “Liverpul”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:
“Liqa mərhələsində son oyunumuza çıxacağıq, bu matça hazırlaşırıq. Çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri, özünəxas oyunu olan bir komanda ilə qarşılaşacağıq. Daim bu komandada olan futbolçular həmişə istəkli olublar. Çox istəyirik ki, burada yaxşı oyun nümayiş etdirək, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram. Sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlarına inanıram. Sonadək yaxşı, intizamlı oyun göstərməyə çalışacağıq. Biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, özümüzü sırf bu matça kökləməliyik. Rəqibi analiz etmişik. Onlar il ərzində bu səviyyədə ən azı 50-60 matç keçirirlər. İnanmıram ki, boşluqlar versinlər. Öz hazırlaşdığımız, düşündüyümüz kimi hücumlar qurmağa çalışacağıq. Topla intizamlı davranmaq çox vacibdir”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO
- Cahangir Fərəcullayev: “Bizim üçün ən vacib prioritet milli komandadır”
- A Seriyası: “İnter” səfərdə, “Milan” evdə qələbə qazandı
- Haaland yenə zirvədə - ƏN YAXŞISI SEÇİLDİ
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb