Ronaldo daha bir rekorda imza atdı
15.10.2025 - 00:56
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo daha bir tarixi nailiyyətə imza atıb.
Apasport.az xəbər verir ki, 40 yaşlı forvard dünya çempionatlarının seçmə mərhələləri tarixində ən çox qol vuran futbolçu olub.
Ronaldo bu uğura Macarıstan yığmasına qarşı keçirilən görüşdə nail olub.
O, komandasının hər iki qolunu vurmaqla, seçmə mərhələlərdəki ümumi qol sayını 41-ə çatdırıb.
Qeyd edək ki, Portuqaliya – Macarıstan matçı 2:2 hesabı ilə başa çatıb.
- Everesti fəth edən ilk qadın alpinist: “Heç yerdə belə münasibət görməmişəm”
- “Flamenqo” baş məşqçisi ilə bağlı qərarını verib - RƏSMİ
- Super Liqada üç oyun ertələndi - TFF AÇIQLADI
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
- “Ayntraxt” – “Qalatasaray” matçının hakimi açıqlanıb
0
0