“Zirə” iştirak ərizəsini UEFA-ya göndərib
19.07.2025 - 11:44
“Zirə” iştirak ərizəsini UEFA-ya göndərib

Konfrans Liqasının II təsnifat mərhələsində iştirak edəcək “Zirə” iştirak ərizəsini UEFA-ya göndərib.

Apasport.az xəbər verir ki, siyahıya 2-si qapıçı olmaqla ümumilikdə 21 futbolçunun adı daxil edilib.

Qapıçılar: 13. Aydın Bayramov, 97. Tiaqo Silva

Müdafiəçilər: 4. Ruan Renato, 5. Mutsinzi Ange, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 20. İssa Cibrilla, 26. Stefan Aka, 32. Qismət Alıyev

Yarımmüdafiəçilər: 8. İsmayıl İbrahimli, 10. George Papunaşvili, 17. Ayron Qomis, 21. Hacıağa Hacılı, 30. Rikardo Quima, 29. Ceyhun Nuriyev, 93. Brahim Konate

Hücumçular: 9. Davit Volkov, 11. Martins Junior, 12. Vinsent Till, 87. Abdul Aziz Batibie

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.