Bokçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb
07.08.2025 - 11:45

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milliləri hazırlığın növbəti mərhələsinə start verib.
Apasport.az xəbər verir ki, hər iki komandamız Şamaxıda təlim-məşq toplanışına başlayıb.
Hazırlıqda 20-dək boksçu iştirak edir. Onlar arasında gənclərdən ibarət yığmadan da dəvət olunanlar var.
Toplanış 10 gün davam edəcək.
Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq xarakteri daşıyır.
0
0