Super Liqa: “Fənər” 3 xalı 4 qolla qazandı
15.12.2025 - 22:56
Türkiyə Super Liqasında XVI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə bir qarşılaşma baş tutub.
“Fənərbaxça” doğma meydanında “Konyaspor”u qəbul edib. İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib – 4:0. “Sarı-lacivərdlilər”in qollarını Anderson Taliska (2), Mert Müldür və Marko Asensio vurublar.
Qeyd edək ki, bu qələbə sayəsində “Fənərbaxça” xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Konyaspor” isə 16 xalla 12-ci sırada qərarlaşıb.
- Türkiyəli hakim Konfrans Liqasının finalında
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
- “Qalatasaray” Barışı buraxmaq istəmir - 5 milyon təklif edildi
- Əlimyandıda günah keçisi axtarılır: Samir Abasova oxşamasın
- Badmintonçularımız beynəlxalq yarışda 6 medal qazanıb
0
0