Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında çıxış edəcək
23.10.2025 - 21:41
Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında çıxış edəcək

Sabah Çinin Uşi şəhərində taekvondo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. 

Apasport.az xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edəcək.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandamızın üzvlərindən kişilər arasında Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Təhməzov (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), qadınlar arasında isə Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (49 kq) təmsil edəcəklər.