XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən taekvondo yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün komandamızın daha iki üzvü dayanq üzərinə çıxıb.
Təəssüf ki, hər iki idmançımız mübarizəni erkən dayandırıb. Komandamızın xanım bayraqdarı Humay Dadaşova (49 kq) 1/32 finalda xorvatiyalı Dora Radikə məğlub olub.
Digər idmançımız Xuraman Cavadzadə (44 kq) isə Vircinia Lampisə (İtaliya) uduzaraq festivaldakı çıxışı yekunlaşdırıb.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan digər idmançımız Mehdi Budaqlı (48 kq) isə 1/6 finalda ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
- DÇ-2026: İtaliyadan əzmkar qələbə - YENİLƏNİB
- “Flamenqo” baş məşqçisi ilə bağlı qərarını verib - RƏSMİ
- Felipe Santos: "Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur"
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- “Çelsi”nin heyətində itki yaşandı - OYUNU DAVAM ETDİRƏ BİLMƏDİ