Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində son oyununu keçirib.
Apasport.az xəbər verir ki, Fərid Calalovun rəhbərlik etdiyi komandamız bu gün Bakıda Avstriya yığması ilə üz-üzə gəlib.
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə rəqib komanda quru hesablı qələbə qazanıb.
Qeyd edək ki, millimiz AVRO-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparıb. Yarışın reqlamentinə görə qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq. Yığmamızın yer aldığı qrupda 4 görüşü qalib başa vuran Belçika millisi qrup lideri olaraq AVRO-2026-ya vəsiqə qazanıb.
2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
16 avqust
Azərbaycan - Avstriya 0:3 (13:25, 12:25, 18:25)
- ÇL: “Arsenal” “Bavariya”ya, PSJ “Tottenhem”ə qalib gəlib - YENİLƏNİB
- “Liverpul”un hücumçusu ƏMƏLİYYAT OLUNACAQ
- Avropa Liqasının qalibi “Əl-İttihad”a transfer ola bilər
- Daha neçə uşağın ahını alacaqsınız? - Futbol üzrə qardaşoğlu millisi
- III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB