Argentina millisinin üzvü karyerasını başa vurub
15.08.2025 - 09:38
Argentina millisinin və “Tottenhem”in sabiq üzvü Erik Lamela karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama yayıb.
33 yaşlı vingerin son klubu Yunanıstanın AEK komandası olub.
Qeyd edək ki, Erik Lamela karyerası ərzində Argentinanın “River Pleyt”, İtaliyanın “Roma” və İspaniyanın “Sevilya” klublarında çıxış edib. O, bu komandaların heyətində keçirdiyi 484 rəsmi matçda 84 qol vurub və 76 məhsuldar ötürmə verib.
- Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı - SİYAHIDA OSİMHEN DƏ VAR
- Millimizin İslandiya və Fransaya qarşı heyəti açıqlanıb
- Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı klubundan ayrılacaq
- DÇ-2026: Ronaldo qırmızı vərəqə aldı, Portuqaliya məğlub oldu - YENİLƏNİB
- Ronaldo daha bir rekorda imza atdı
0
0