"Atletiko"nun futbolçusu Türkiyə yolunda
14.07.2025 - 15:06

“Atletiko Madrid”in futbolçusu Saul Niqez karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Trabzonspor”a keçməyə hazırlaşır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hazırda Super Liqa klubu ispaniyalı futbolçu ilə danışıqlar aparır. Onun “Atletiko” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Saul son mövsümü icarə əsasında "Sevilya"da keçirib.
- AL: “Beşiktaş”ın rəqibi Arda Turanın komandası ola bilər - YENİLƏNİB
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”
- “Zirə” “Kəpəz”i darmadağın etdi - YENİLƏNİB
- "Trabzonspor" gürcü futbolçu üçün Şotadan kömək istəyir
0
0