“Barsa”da istənmədi, PSJ-də “Qızıl Top”u qazandı!
23.09.2025 - 00:49
“Barsa”da istənmədi, PSJ-də “Qızıl Top”u qazandı!

Bu gün “Qızıl Top” mükafatının sahibi açıqlanıb.

Apasport.az xəbər verir ki, kişilər arasında bu ada PSJ-nin ulduzu Osman Dembele layiq görülüb.

Mükafatı ona Braziliya millisinin sabiq üzvü Ronaldinyo təqdim edib.

Qadın futbolçular arasında isə mükafatı “Barselona”nın futbolçusu Aytana Bonmati qazanıb.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Dembele ötən mövsüm Paris təmsilçisinin heyətində 60 matçda 37 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.