Belçikalı qolkiper “Yunayted”də
02.09.2025 - 09:37
"Mançester Yunayted" daha bir transfer gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, komanda "Antverpen"in qolkiperi Senne Lammensi heyətinə qatıb.
Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
"Yunayted" Belçika millisinin futbolçusu üçün qarşı tərəfə 21 milyon avro ödəyib. 23 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lammens Belçika klubunda ötən mövsüm ümumilikdə 44 oyun keçirib və qapısında 56 qol görüb.
- İki cüdoçumuz Avropa Kubokunda çempion olub
- Mahir Emreli: "Hər kəs məsuliyyəti qəbul etməlidir"
- Formula 1 Azərbaycan Qran Prisində ilk gün sürprizlərlə yadda qalıb
- Taekvondoçularımızdan növbəti qızıl medal
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
0
0