“Beşiktaş” qışda heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, “qara qartallar” “Torino”nun futbolçusu Valentino Lazaro ilə maraqlanır.
Bu barədə "Teamtalk" məlumat yayıb.
Məlumata görə, mövsüm sonunda müqaviləsi başa çatacaq 29 yaşlı oyunçu ilə bağlı “Beşiktaş”ın danışıqlara başlayıb.
Qətər təmsilçilərindən "Əl-Duhail"in də futbolçu ilə maraqlandığı bildirilir.
Lazonun qərar verməkdə tələsməyəcəyi və bütün təklifləri nəzərdən keçirdikdən sonra seçim edəcəyi vurğulanıb.
Qeyd edək ki, “Zalsburq” akademiyasının yetirməsi olan Valentino Lazaro karyerası ərzində “Herta Berlin”, “Nyukasl Yunayted”, “Borussiya Münhenqladbax”, “Benfika” və “İnter” kimi klublarda çıxış edib.
- Fonseka ciddi cəza ilə qarşı-qarşıya: 7 ay futboldan uzaqlaşdırıla bilər
- Gəncə futbolu üçün şad xəbər: İlqar Nadiri dövrü rəsmən başa çatdı
- "Real" Rodriqo ilə yollarını ayırır?
- Sabiq “Fənər”li komanda yoldaşına şillə vurdu - OYUNDAN ATILDI - VİDEO
- "Qalatasaray"la oyunda zədələndi - "Çelsi" matçında olmayacaq