“Beşiktaş”dan “Verona”ya - RƏSMİ
29.08.2025 - 18:47
"Beşiktaş" daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, "qara qartallar"ın yarımmüdafiəçisi Əl-Musrati "Verona"ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi liviyalı futbolçunu bir illik icarə əsasında heyətinə qatıb. İstanbul klubu bu keçidə görə 2 milyon avro gəlir əldə edib. Futbolçunun müqaviləsində 7 milyon avroluq satınalma bəndi də yer alıb.
Qeyd edək ki, "Beşiktaş" bir neçə gün əvvəl digər yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn ilə də yollarını ayırmışdı.
- Felipe Santos: “Omoniya” ilə görüşdə sona qədər mübarizə aparacağıq"
- DÇ-2026: Almaniyadan darmadağın, İslandiya - Ukrayna matçında 8 qol - YENİLƏNİB
- İdmançılarımız Hindistanda 4 medal qazanıblar
- İlin idman tədbiri - "Formula-1" üzrə Azərbaycan Qran-prisi
- Argentina millisinin üzvü karyerasını başa vurub
0
0