"Çelsi"nin futbolçusu Premyer Liqada klubunu dəyişə bilər
05.08.2025 - 11:36
"Çelsi"nin futbolçusu Karni Çukvuemeka Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə "Börnli" yaxından maraqlanır.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, "Börnli" Çukvuemeka üçün "zadəganlar"a 20 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Karni Çukvuemeka ötən mövsümün ikinci yarısını icarə əsasında "Borussiya Dortmund"da keçirmişdi.
- DÇ-2026: Türkiyə pley-offda, Rumıniya və Uelsdən darmadağın - YENİLƏNİB
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yekunlaşıb - FOTO
- “Zirə” “Kəpəz”i darmadağın etdi - YENİLƏNİB
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- Mbappe: "Arda Güler inanılmaz futbolçudur"
0
0