Hazırda karyerasını Fransanın “Monako” klubunda davam etdirən və müqavilə ilə “Beşiktaş”a məxsus olan Əl-Musratinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Liviya millisinin üzvü yayda Super Liqa təmsilçisinə geri qayıdacaq.
Bu barədə Liqa 1 təmsilçisinin idman direktoru Tiaqo Skuro jurnalistlərə açıqlamasında məlumat verib. Klub rəsmisi futbolçunun komandada qalmayacağına dair qərarın həm Əl-Musratiyə, həm də “Beşiktaş” rəhbərliyinə bildirildiyini deyib.
Xatırladaq ki, “Monako” 29 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində “qara qartallar”dan 1 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürmüşdü.
Qeyd edək ki, Əl-Musrati Fransa klubunun heyətində 11 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qəbələ” - “Turan Tovuz” matçının taleyi bəlli olub - SABAH KEÇİRİLMƏYƏCƏK
- "Araz-Naxçıvan"ın oyunçusu: "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik"
- Qarnaço: “Qarabağ”la oyunda qələbəyə layiq idik”
- “Fənər”in müdafiəçisi İtaliya yolunda
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”