Rusiya Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Krasnodar" - "Axmat" matçında qalmaqal yaşanıb.
Apasport.az xəbər verir ki, ev sahiblərinin kapitanı və Ermənistan millisinin üzvü Eduard Spertsyan rəqibin futbolçusu Usman Ndonqanı irqi zəmində təhqir edib.
26 yaşlı müdafiəçi bu təhqirdən sonra erməni futbolçunu vurub və qırmızı vərəqə ilə cəzalandırılıb.
Oyundan sonra verdiyi açıqlamada Spertsyan Ndonqanı təhqir etmədiyini və iddialarla razılaşmadığını bildirib.
25 yaşlı yarımmüdafiəçinin irqçilik etdiyinə görə Rusiya Futbol Federasiyası tərəfindən 10 oyunluq cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, "Krasnodar" - "Axmat" matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- “Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı - VİDEO
- Serdal Adalı: "Əgər mən qısa zamanda uğur qazanmaq istəsəydim..."
- Ayxan Abbasovu millidə o əvəzləyəcək - RƏSMİ
- Niyaməddin Paşayev: "Taekvondoçularımız bizi dəstəkləyən hər kəsi sevindirdi" - VİDEO
- "Hayduk" - "Zirə" oyununun hakim təyinatları açıqlanıb