Fransa millisinin və "Milan"ın müdafiəçisi Teo Hernandez karyerasını Səudiyyə Ərəbistanınında davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Teonun yeni komandası "Əl-Hilal" olacaq.
Tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib və transferin baş tutacağı artıq dəqiqləşib.
Müqavilənin ümumi dəyəri 30 milyon avro təşkil edəcək. Bundan əlavə, “Əl-Hilal” “Milan”a əlavə olaraq 5 milyon avro bonus ödəyəcək.
Futbolçu yeni komandasında illik 20 milyon avro gəlir əldə edəcək.
Geridə qalan mövsümdə 26 yaşlı oyunçu rossonyerilərin heyətində ümumilikdə 49 oyuna çıxıb, 5 qol vurub və 6 assistlə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Teo daha əvvəl “Əl-Hilal”ın ona illik 15 milyon avro qazanc təklif etdiyi təklifi qəbul etməmişdi.
- “Kristal Pelas” klub tarixinin rekord transferini reallaşdırıb - RƏSMİ
- Ceyhun Sultanov: "Santuşun bir ildə edə bilmədiyini Ayxan bir oyunda etdi"
- Bir dövrün sonu - XORVATİYALI "REAL"DAN AYRILIR - RƏSMİ
- Elvin Cəfərquliyev: “Rəqib kimi “Barselona”nı görmək istəyərəm”
- Ramal Hüseynov: "Qarabağ" rəhbərliyi hər şeyi yaxşı başa düşür"