"Fənər" istəyirdi - "Yuventus" aldı
04.07.2025 - 13:55
"Fənər" istəyirdi - "Yuventus" aldı

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "qoca sinyora" son olaraq "Lill" klubunda çıxış edən Conatan Deyvidi transfer edib.

Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu artıq İtaliyadadır. Rəsmi müqavilənin yaxın zamanda imzalanacağı gözlənilir.

Xatırladaq ki, Kanada millisinin üzvü ilə "Fənərbaxça" da yaxından maraqlanırdı.

Qeyd edək ki, Deyvid 2020-ci ildən "Lill"də çıxış edir. O, bu müddət ərzində 232 oyuna çıxıb, 109 qol vurub və 30 məhsuldar ötürmə ilə yadda qalıb.