"Fənər"dən ayrıldı - Xorvatiya klubunda çıxış edəcək
05.08.2025 - 10:14
"Fənərbaxça"dan ayrılan Miha Zayçın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, futbolçu karyerasını Xorvatiyada davam etdirəcək.
31 yaşlı yarımmüdafiəçi Zaqreb "Dinamo"su ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Miha ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sloveniya millisinin üzvü olan Zayç "Fənər"ə 2019-cu ildə "Empoli"dən 3,5 milyon avroya transfer olunmuşdu.
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Slavik Alxasov: "Ən yaxşısını etməyə çalışacağıq"
- Mövsümün ilk kuboku: “Ayntraxt”, yoxsa “Reyncers”?
- Türkiyəli yarımmüdafiəçi daha 3 il "Beşiktaş"da - RƏSMİ
- Tahir Gözəl: “Qələbəni xalqımıza və şəhidlərimizə həsr edirəm”
0
0