"Fənər"in müdafiəçisi Çempionşipdə - RƏSMİ
04.07.2025 - 13:03

"Fənərbaxça"dan ayrılan Brayt Osayi-Samuelin gələcəyi bəlli olub.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu Çempionşip təmsilçilərindən "Birminqem Siti"yə transfer olunub.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Osayi-Samuel 2021/25-ci illər aralığında "Fənərbaxça"nın şərəfini qoruyub.
0
0