“İnter” Lukman transferindən imtina etdi
11.08.2025 - 12:28
“İnter” bir müddətdir transfer etmək istədiyi Ademola Lukmanın keçidindən imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı vingerin müqavilə ilə məxsus olduğu “Atalanta”, Milan təmsilçisinin futbolçu üçün etdiyi 40 milyon avro + bonus təklifini rədd edib. Bu cavabdan sonra “İnter” Nigeriya millisinin üzvünə alternativ axtarışına başlayıb.
Xatırladaq ki, Lukman “İnter”ə transfer olmaq üçün “Arsenal”ın təklifini qəbul etməmişdi.
- Valdas Dambrauskas: “Vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq"
- "Real" üçüncü formasını təqdim edib - FOTO
- Vadim Abdullayev: "Araz”ın yeni müqavilə təklif etməməsi gözlənilməz oldu”
- “Tottenhem”in sabiq futbolçusu butslarını mismardan asdı - RƏSMİ
- İngiltərəli yarımmüdafiəçi daha 5 il “Siti”də - RƏSMİ
0
0