İsveçrə millisinin üzvü “Qalatasaray”ın hədəfində
20.07.2025 - 15:55

“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Qalatasaray” isveçrəli futbolçunu transfer etmək istəyir.
“Sarı-qırmızılar” Akanji üçün “şəhərlilər”lə danışıqlara başlamağa hazırlaşır.
30 yaşlı mərkəz müdafiəçisi “Qalatasaray”dan 7,5 milyon avro maaş tələb edir.
Qeyd edək ki, “Mançester Siti” Manuel Akanjini 2022-ci ildə “Borussiya”dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm komandasının heyətində çıxdığı 40 rəsmi oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0