Jiru "Lill"də - RƏSMİ
02.07.2025 - 09:29
Fransa Liqa 1 təmsilçilərindən "Lill" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Fransa millisinin sabiq üzvü Olivye Jirunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı forvard MLS təmsilçisi “Los-Anceles”lə müqaviləsini ləğv edərək “Lill”lə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Olivye Jiru karyerası ərzində "Arsenal", "Çelsi" və "Milan" kimi klublarda çıxış edib. O, həmçinin Fransa millisinin heyətində 120-dən artıq oyuna çıxaraq dünya çempionu tituluna da sahib olub.
- Azərbaycan macərası bir ay çəkdi - komandadan ayrıldı
- Yaponiya millisinin üzvü "Milan"ın radarında
- DÇ-2026: Türkiyə Bolqarıstanı meydana çıxmağa peşman etdi - YENİLƏNİB
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- Erməni futbolçu üçün irqçilik iddiası: Böyük cəza gözləyir - VİDEO
0
0