“Leypsiq”dən “Yuventus”a - RƏSMİ
02.09.2025 - 09:08
"Leypsiq"in hücumçusu Lois Openda karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, belçikalı futbolçu "Yuventus"a transfer olub.
Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 25 yaşlı oyunçu bir illik icarə əsasında "qoca sinyora"nın şərəfini qoruyacaq. A Seriyası təmsilçisi bu keçid üçün Bundesliqa klubuna 3,3 milyon avro ödəyib.
Qeyd edək ki, Belçika millisinin üzvü olan Openda ötən mövsüm "Leypsiq"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 11 assistlə yadda qalıb.
- Adil Şükürov: “Bizə hədəfi vurmaq üçün bir atış şansı verilir”
- "Qarabağ" braziliyalı ilə razılığa gəldi - Qaldı rəsmi müqavilə
- “Qarabağ”dan yeni transfer - Qurban Qurbanov açıqladı
- Ramil Şeydayev yenidən “Qarabağ”da - RƏSMİ
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
0
0