Libertadores kubokunda finalçılar bəlli olub
31.10.2025 - 10:36
Futbol üzrə Libertadores kubokunun yarımfinal mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, “Palmeyras” öz meydanında Ekvadorun LDU komandasını qəbul edib.
İlk görüşdə 0:3 hesabı ilə məğlub olan braziliyalılar revanş matçında geridönüş etməyi bacarıblar. Oyun “Palmeyras”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə finala vəsiqə qazanan “Palmeyras” həlledici qarşılaşmada “Flamenqo” ilə üz-üzə gələcək.
0
0