“Liverpul” avtomobil qəzasında həlak olan futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək.
Apasport.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi müqavilənin qalan iki ili üçün nəzərdə tutulan məbləği hücumçunun ailəsinə təqdim edəcək.
Bundan əlavə, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştianu Ronaldo da Jotanın 3 övladının 18 yaşınadək bütün maddi məsuliyyətini öz üzərinə götürüb.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü Dioqu Jota iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə baş vermiş avtomobil qəzasında dünyasını dəyişib.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- “Sabah”ın yeni transferi “Qarabağ”a qarşı oynayacaq? - ÖZƏL
- Ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirilib - FOTO
- Premyer Liqanın açılış matçını idarə edəcək hakim müəyyənləşib
- "Fiorentina" heyətini yeni forvardla gücləndirib