"Liverpul"dan İsak bombası - 120 milyon təklif etdi
17.07.2025 - 14:10
"Nyukasl Yunayted"in isveçli ulduzu Aleksandr İsak komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" futbolçu ilə ciddi maraqlanır.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, mersisaydlılar 25 yaşlı hücumçu üçün "Nyukasl"a 120 milyon, oyunçuya isə həftəlik 200 min funt-sterlinq təklif edib. Tərəflər razılığa gəldiyi təqdirdə, forvard yeni klubu ilə 6 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İsveç millisinin üzvü olan İsak ötən mövsüm "Nyukasl"ın heyətində 42 rəsmi matçda iştirak edərək 27 qol və 6 assistlə yadda qalıb.
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- "Səbail"dən ayrıldı - ÜÇÜNCÜ LİQADA ÇIXIŞ EDƏCƏK
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- Avropa Liqası: “Fənərbaxça” – “Reyncers” matçı ispan hakimə həvalə edilib
- Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"
0
0