Lukman “Napoli” yolunda
15.06.2025 - 00:08
Bu mövsüm A Seriyasının qalibi olan “Napoli” heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Atalanta"nın ulduz futbolçusu Ademola Lukmanı transfer etmək istəyir.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Atalanta” 27 yaşlı futbolçunun satışından 60 milyon avro gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, geridə qalan A Seriyası mövsümündə nigeriyalı futbolçu çıxış etdiyi 31 matçda 15 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Zirə" "Şamaxı" ilə qarşılaşacaq
- Premyer Liqada gərgin an: Əvəzləmək istədilər, futbolçu meydandan çıxmadı - VİDEO
- İspaniyalı hücumçu "Qarabağ"a gəlməyəcək - SƏBƏBİ BƏLLİ OLDU
- Rahid Əmirquliyev: “Yanvarda heyəti genişləndirməyi planlaşdırırıq”
- Cerard Pike: "Bu cür oyunlarda komandalar xal qazanmamalıdır" - VİDEO
0
0