Mert Hakan Yandaşın ayağı kəsilir? - "Fənərbaxça" iddialara cavab verdi
13.05.2025 - 00:13
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” bəyanat yayıb.
Apasport.az xəbər verir ki, klub tərəfindən bu gün komandanın üzvü Mert Hakan Yandaşla bağlı yayılan bir sıra xəbərlər təkzib olunub.
“Sarı-lacivərdlilər” yarımmüdafiəçinin uğurlu əməliyyat keçirdiyini, haqqında çıxan xəbərlərin yalan olduğunu və yaxın zamanda evə buraxılacağını açıqlayıb.
Qeyd edək ki, daha əvvəl “Oda TV” futbolçunun vəziyyətinin yaxşı olmadığını, infeksiyanın get-gedə yayıldığını, hətta ayağının kəsilmə riski olduğunu bildirmişdi.
- Miro Varvodiç: "Vaxtilə rəqiblər "Hayduk"dan çəkinirdilər"
- Luis Enrike zirvədə: Dünyanın ən yaxşı baş məşqçisi seçildi
- “Qarabağ” - “Kopenhagen” matçında söz sahibi o olacaq
- DÇ-2026: İspaniya Türkiyə millisini darmadağın etdi - YENİLƏNİB
- Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib - FOTO
0
0