Daha əvvəl xəbər verdiyimiz kimi, Alvaro Morata "Qalatasaray"dan ayrılıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu yerli mətbuata bir sıra açıqlamalar verib.
İspaniya millisinin üzvü “sarı-qırmızılılar”ın ona verilən sözləri yerinə yetirmədiyini bildirib:
“Qalatasaray" azarkeşlərinin dəstəyi karyeramda yaşadığım ən gözəl hisslərdən biri idi, amma klubdakı təcrübəm üçün eyni şeyi deyə bilmərəm. Verilən sözlərin yerinə yetirilmədiyi anlar oldu. Öhdəliklər tam şəkildə icra olunmadı, maaşımdan və digər haqlarımdan imtina etməkdən başqa çarəm qalmadı. Üstəlik, rəsmi olaraq açıqlanan rəqəm də doğru deyil”.
- “Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
- “Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılacaq
- "8 saniyə" qaydası İPL-də ilk dəfə tətbiq olundu - VİDEO
- “Siti” braziliyalını razı saldı - 6 illik müqavilə imzalandı
- “Sabah”ın II təsnifatdakı potensial rəqibləri müəyyənləşib