Moratanın "Qalatasaray" macərası uzun çəkmədi - A Seriyasına qayıdacaq
08.08.2025 - 12:16
Hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən və müqavilə ilə "Milan"a məxsus olan Alvaro Moratanın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu yenidən A Seriyasına qayıdacaq.
İspaniyalı forvard Ses Fabreqasın baş məşqçisi olduğu "Komo" klubu ilə razılıq əldə edib.
İtaliya təmsilçisi bu transfer üçün "Qalatasaray"a 6 milyon, "Milan"a isə 10 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Morata bu ilin fevral ayından etibarən İstanbul klubunda çıxış edirdi. O, 16 rəsmi matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Real”ın yetirməsi “Qəbələ”də - RƏSMİ
- Tarix təkrarlanır - “Qarabağ” yenidən Çempionlar Liqasında!
- Rahid Əmirquliyev: "Qarabağ" göstərdiyi oyunla ÇL-də yer alacağına bizi ümidləndirir"
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- "Əl-Hilal"dan Hakana şok təklif – İllik 20 milyon avro!
0
0