Niko Paz “Real”a geri qayıdır
26.12.2025 - 00:26
Müqavilə ilə “Real Madrid”ə məxsus olan və icarə əsasında “Komo”da çıxış edən Niko Pazın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, “kral klubu” yarımmüdafiəçini geri qaytarmaq qərarına gəlib.
Bu barədə “AS” nəşri məlumat yayıb.
Bildirilib ki, La Liqa təmsilçisi futbolçunun transferi üçün İtaliya klubuna 9 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Paz bu mövsüm “Komo”nun heyətində keçirdiyi 16 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rakitiç karyerasını başa vurub - VİDEO
- Kurban Berdiyev: “Əlimizə düşən imkanlardan istifadə edə bilmədik"
- Şota Arveladze yenidən Türkiyəyə qayıda bilər
- “Qarabağ”ın futbolçusu Çempionlar Liqasının tarixinə düşdü – ilk azərbaycanlı oldu
- Premyer Liqada gərgin an: Əvəzləmək istədilər, futbolçu meydandan çıxmadı - VİDEO
0
0