"Qalatasaray" ötən mövsüm icarə əsasında heyətində çıxış edən Viktor Osimheni transfer etməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə bütün məsələlərdə razılığa gələn "sarı-qırmızılılar", "Napoli"yə 75 milyon avro məbləğində təklif göndərib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi bu məbləği 5 il ərzində hissə-hissə ödəməyə hazırdır. Son qərarın isə A Seriyası klubuna məxsus olduğu bildirilib.
Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Osimhen "Qalatasaray"ın heyətində keçirdiyi 41 rəsmi oyunda 37 qol və 8 assistlə yadda qalıb.
- “Strasburq”un sabiq üzvü “Sabah”da - RƏSMİ
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- “Sabah”ın avrokuboklardakı rəqibi müəyyənləşdi
- Arda Turan keçmiş yetirməsini “Şaxtyor”a gətirir?
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"