Portuqaliya millisinin üzvü addım-addım “Beşiktaş”a
12.09.2025 - 09:22
"Nottingem Forest"in futbolçusu Jota Silva karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı vingerin keçidini yekunlaşdırmaq üzrədir.
İstanbul klubu Premyer Liqa təmsilçisi ilə razılıq əldə edib. 26 yaşlı futbolçu artıq tibbi müayinədən keçmək üçün İstanbula yollanıb.
Qeyd edək ki, “Nottingem Forest” Jota Silvanı ötən ilin yayında “Vitoriya”dan transfer edib. Portuqaliya millisinin üzvü ingilislərin heyətində 38 rəsmi oyunda meydana çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Qalatasaray" Osimhenin zədəsi ilə bağlı açıqlama yayıb
- "Fənər"in futbolçusu Super Liqa klubunun radarında
- Azərbaycanlı hakimlər Portuqaliyada keçiriləcək Universiadada iştirak edəcəklər
- Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"
- Super Liqa: “Beşiktaş” Trabzon səfərindən 1 xalla qayıdır
0
0