Portuqaliyalı vinger "Yuventus"da qaldı - RƏSMİ
23.07.2025 - 11:49
"Yuventus" ötən mövsüm icarə əsasında heyətində çıxış edən Fransisko Konseysaonun transfer hüquqlarını rəsmi olaraq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
İtaliya təmsilçisi Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 32 milyon avro ödəyəcək. 22 yaşlı vinger "Yuventus" ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Konseysao ötən mövsüm "Yuventus"un heyətində 40 oyunda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- AFFA "Sabah"ın məşqçisini CƏZALANDIRIB
- Qurban Qurbanov: “İngiltərədə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”
- Emin İmaməliyev: “Bu qələbə “Qarabağ”a pley-off yolunu açacaq”
- Mahir Şükürov: "Hazırkı yığma Azərbaycan tarixinin ən zəif millisidir"
- Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ - VİDEO
0
0