Premyer Liqadan Bundesliqaya
03.01.2026 - 12:22
İngiltərə Premyer Liqası təmsilçisi “Tottenhem”in üzvü Kota Takai karyerasını Almaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, yaponiyalı müdafiəçi “Borussiya Mönhenqladbax”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 21 yaşlı futbolçu cari mövsümün sonunadək icarə əsasında Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, “Tottenhem” Kotanı bu yay “Kavasaki Frontale”dən 5,8 milyon avro qarşılığında transfer edib.
- Nigeriya millisinin üzvü "Atletiko"nun radarında
- “Ayntraxt” – “Qalatasaray” matçının hakimi açıqlanıb
- EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
- Tahir Gözəl: “Qələbəni xalqımıza və şəhidlərimizə həsr edirəm”
- ÇL: “Çelsi” “Barsa”ya, “Bayer” “Siti”yə qalib gəlib - YENİLƏNİB
0
0