Premyer Liqadan La Liqaya - RƏSMİ
18.01.2026 - 19:35
Premyer Liqadan La Liqaya - RƏSMİ

“Mançester Siti”nin futbolçusu Klaudio Eçeverrinin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Jirona”ya keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında La Liqa təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Eçeverri mövsümün ilk hissəsini icarə əsasında Almaniyanın “Bayer” klubunda keçirib.