"Fənərbaxça" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, komanda "Qalatasaray"ın da yaxından maraqlandığı İv Bissumanı heyətinə qatmaq istəyir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul klubu "Tottenhem"də çıxış edən 29 yaşlı futbolçunun meneceri ilə danışıqlara start verib.
Xatırladaq ki, bir müddət əvvəl malili yarımmüdafiəçinin “Qalatasaray”la razılığa gəldiyi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ildə "Brayton"dan 29,2 milyon avro qarşılığında transfer etmişdi.
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- “Çelsi”nin baş məşqçisi: "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı”
- Super Liqa klubu 3 futbolçusu ilə yollarını ayırdı
- “Qalatasaray”ın sabiq üzvü fəxri vətəndaşlıq aldı
- "Benfika" Kerem üçün "Fənər"lə razılığa gəlib