“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində evdə Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin qələbə qolunu vuran Bəhlul Mustafazadə tarixi uğura imza atıb.
Belə ki, 28 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.
Qeyd edək ki, bu qələbə sayəsində “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci pilləyə yüksəlib. “Ayntraxt” isə 4 xalla 33-cü yerdə qərarlaşıb.
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.
- Deflimpiya üzrə milli komandanın məşqçi heyətinin təqdimatı baş tutub - FOTO
- Serbiyalı futbolçu "Sumqayıt"da - RƏSMİ
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- Qriliş Premyer Liqada klubunu dəyişə bilər
- Xoni Montiel: “Əgər ikinci hissədəki kimi çıxış etsək…”