"Real Madrid"ə ikinci türk: Modriçin tövsiyəsi
12.02.2025 - 17:19
Türkiyə millisi və “Yuventus”un forvardı Kenan Yıldız karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə “Real Madrid” yaxından maraqlanır.
Türkiyə mətbuatının bildirdiyinə görə, oyunçunu “kral klubu”na tövsiyyə edən komandanın hazırkı kapitanı Luka Modriçdi.
Luka Modriç Kenan Yıldız haqqında nə dedi?
Ulduz yarımmüdafiəçi Türkiyə millisinin üzvünün oyun tərzinin çox fərqli olduğunu və İspaniyada çox yaxşı işlər görə biləcəyinə inanır.
Kenan Yıldızın bu mövsümki statistikası
Qeyd edək ki, 19 yaşlı hücumçu bu mövsüm “qoca sinyora”nın heyətində iştirak etdiyi 35 rəsmi matçda 6 qol, 5 assistlə yadda qalıb.
- "Neftçi" Polşa klubu ilə heç-heçə etdi - YENİLƏNİB
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- “Çelsi”nin baş məşqçisi: "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı”
- “Mingəçevir”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- Deflimpiya üzrə milli komandanın məşqçi heyətinin təqdimatı baş tutub - FOTO
0
0