"Roma"nın hücumçusu Super Liqada - RƏSMİ
11.07.2025 - 11:41
Türkiyə Super Liqası təmsilçisi "Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul klubu "Roma"dan Eldor Şomurodovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əldə olunan razılaşmaya əsasən, özbəkistanlı forvard bir illik icarə əsasında "Başakşəhər"in formasını geyinəcək.
Qeyd edək ki, 30 yaşlı hücumçu ötən mövsüm "Roma"nın heyətində 37 rəsmi oyuna çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mahir Şükürov: "Hazırkı yığma Azərbaycan tarixinin ən zəif millisidir"
- Dambrauskasın “Sabah”ı tarix yazmağa yaxındır - TƏHLİL
- Super Liqa klubunun yeni baş məşqçisi bəlli olub
- "Qarabağ" - "Şkendiya" matçına satılan biletlərin sayı açıqlanıb
- Baxşıyev “Qarabağ”a inanır: Təmsilçimiz sərfəli nəticə əldə etsə…
0
0