Sabiq “Siti”li İsveçrə klubundan ayrılıb
26.07.2025 - 12:24
İsveçrənin "Sürix" klubu Benjamin Mendi ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransa millisi və "Mançester Siti"nin sabiq üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Benjamin Mendi bu ilin fevral ayından "Sürix"də çıxış edirdi. 31 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sadettin Saran “Fənərbaxça” prezidentliyinə namizəd olub
- “İnter” ispaniyalı baş məşqçi ilə danışıqlar aparır
- "Sumqayıt" yeni transferini açıqladı - PREMYER LİQA KLUBUNA İCARƏYƏ VERDİ
- Arif Əsədov “Qarabağ”a inanır: “Minimum bir xalla qayıdacaqlar”
- Kristiano Ronaldo: “2026 dünya çempionatı son turnirim olacaq”
0
0