Seneqallı müdafiəçi A Seriyasına qayıda bilər
24.10.2025 - 15:39
“Əl-Hilal”ın müdafiəçisi Kalidu Kulibali yenidən A Seriyasında çıxış edə bilər.
Apasport.az xəbər verir ki, 34 yaşlı futbolçunu “Milan” heyətinə qatmaq istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, “rossonyerilər” seneqallı müdafiəçi üçün Səudiyyə Ərəbistanı klubuna qışda rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Kulibalinin “Əl-Hilal”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, daha əvvəl “Metz”, “Genk”, “Napoli” və “Çelsi” klublarında da çıxış edib.
- Qurban Qurbanov: “Futbolçularım pley-offa yüksəlməyə layiq idilər”
- Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı - SİYAHIDA OSİMHEN DƏ VAR
- İslamiada: Karateçimiz bürünc medal qazanıb - FOTO
- Futbol veteranları “Baku Sporting” - “İmişli” matçında - FOTO
- “Qarabağ” Medinanın əvəzləyicisini tapdı - ELƏ PREMYER LİQADANDIR
0
0