“Siti” Gündoğanın əvəzedicisini İtaliyada tapdı
14.04.2025 - 18:54
İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti” yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda “Milan”ın şərəfini qoruyan Tijjani Reynderslə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuat məlumat yayıb.
“Şəhərlilər” 26 yaşlı yarımmüdafiəçini İlkay Gündoğanın uzunmüddətli əvəzedicisi olaraq görür.
“Siti” Tijjani Reynders üçün nə qədər təklif edəcək?
Mənbənin məlumatına görə, “Siti” oyunçunun sərbəstqalma məbləği olan 65 milyon avronu ödəməyə hazırdır.
Tijjani Reyndersin bu mövsümki çıxışı
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm “Milan”ın heyətində meydana çıxdığı 46 rəsmi matçda 14 qol, 4 assistlə yadda qalıb.
- "Neftçi" Polşa klubu ilə heç-heçə etdi - YENİLƏNİB
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Tottenhem” və “Yunayted” Qana millisinin üzvü ilə maraqlanır
- "Çelsi" “Qarabağ”la bacarmadı - YENİLƏNİB
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
0
0