“Tottenhem”in futbolçusu ƏMƏLİYYAT OLUNUB
19.01.2026 - 18:55
"Vest Hem"lə matçda zədələnərək meydanı tərk edən "Tottenhem"in futbolçusu Ben Deyvisin vəziyyətinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, sol ayaq biləyində qırıq aşkarlanan müdafiəçi əməliyyat olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Uels millisinin üzvü olan Ben bu mövsüm "Tottenhem"in heyətində 5 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.
- Saşa İliç: "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir”
- “Sumqayıt” keçmiş futbolçusunu geri qaytarıb - VİDEO
- Avropa Liqası: "Reyncers" - "Fənərbaxça" matçının hakimi müəyyənləşdi
- Pumse üzrə ölkə birinciliyi və çempionatı keçirilib - FOTO
- Premyer Liqa: Autsayderlər xalları böldülər - YENİLƏNİB
0
0