Türkiyə futbolunda skandal: Futbolçu düşərgədən qaçdı
25.11.2025 - 22:34
Futbol üzrə Türkiyə I Liqasında mübarizə aparan “Sivasspor”da maraqlı hadisə baş verib.
Apasport.az xəbər verir ki, komandanın braziliyalı hücumçusu Luan Kampos klubun bazasından qaçıb.
"Qırmızı-ağlar"ın mətbuat xidmətinin açıqlamasına görə, 23 yaşlı futbolçu icazəsiz şəkildə komandanın düşərgəsini tərk edib.
Bir müddət sonra isə oyunçunun rəsmi nümayəndəsi olmayan bir şəxs kluba məktub göndərib, onun klubla müqaviləsinə tək tərəfli xitam verildiyini bildirib.
Klub bunun ardından hüquqi prosesə başlayıb.
Qeyd edək ki, Luan Kampos bu ilin avqust ayında “Sivasspor”a transfer olunub.
- “Araz”ın ulduzu Avropa klublarının radarında: Yunanıstandan təklif
- “Barselona” Almaniya millisinin üzvü ilə maraqlanır
- Nigeriya millisinin üzvü "Atletiko"nun radarında
- "Fənər"in rəqibi heyətini yeni futbolçu ilə gücləndirib - RƏSMİ
- Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
0
0