“Yuventus”un üzvü İspaniya yolunda
15.08.2025 - 15:12
"Yuventus"un üzvü Nikolas Qonzales karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə "Atletiko Madrid" yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid klubu “qoca sinyora” ilə cinah oyunçusunun transferi ilə bağlı danışıqlara başlayıb.
Turin təmsilçisi 27 yaşlı futbolçu üçün 30 milyon avro istəyir, lakin onu məcburi alınma şərti ilə icarəyə verməyə də hazırdır.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Qonzales 2024-cü ildən "Yuventus"da çıxış edir.
- PSJ-nin futbolçusu Afrikanın ən yaxşısı seçilib
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- Erməni futbolçu üçün irqçilik iddiası: Böyük cəza gözləyir - VİDEO
- “Qarabağ”a qol vurmağın mükafatı bəlli oldu - ÖZƏL
- Mahir Məmmədov: "Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddindən artıq böyükdür"
0
0